Ağdamda minaya düşdükdən sonra yanan traktor olan ərazi nəzarətə götürülüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə giriş-çıxışı nəzarətə alıb.
Hazırda ANAMA-nın əməkdaşları hadisə yerinə baxış keçirir.
------------
Ağdam sakini minaya düşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kənd ərazisində baş verib.
Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpərkən minaya düşüb. Hazırda yaralının xəstəxanaya çatdırılması prosesi aparılır.
Faktla bağlı araşdırma başlanılıb.
Milli.Az