Bakıda ağır qəza - avtomobil 100 metr kənara düşdü - FOTO

17 Dekabr 2025 21:20

Bu gün saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mərdəkan şosesində BMW və "Hyundai" markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdən biri yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin məlumat lövhəsinə çırpılıb, digəri isə 100 metr kənara düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Yolda və yanacaqdoldurma məntəqəsində böyük tıxac yaranıb.

Milli.Az