Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək

17 Dekabr 2025 21:00

Şuşa şəhərinin D-5 yaşayış massivində ikinci mərhələ üzrə səkkiz ədəd dördmərtəbəli (9, 10, 11, 12, 13, 14, 15 və 16 nömrəli) yaşayış binalarının, həmçinin xidmətedici və yardımçı təyinatlı obyektlərin tikintisi, abadlıq və digər işlərin həyata keçirilməsi planlaşdırılır.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, müvafiq işlərə 30 103 111.07 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə üzrə aparılacaq tikinti və abadlıq işlərinə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxs nəzarət edəcək.

Milli.Az