Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI

18 Dekabr 2025 00:24

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi.

Qeyd edək ki, 18 yaşlı Müşfiq 1991-ci ildə qəfil vəfat edən əmisinin adını daşıyırmış.

Belə ki, M.Mirəlioğlu 1991, 2009-cu illərdə ardıcıl olaraq oğulları Müşfiq və Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni itirib.

M. Fəttayevin fotolarını təqdim edirik:

Milli.Az