Nadir Hüseynovun ölümü ilə bağlı YENİ DETALLAR

17 Dekabr 2025 17:04

Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.

Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib.

İlkin ehtimala görə o, ürək tutması nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. Nəticədə dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az