Arvadını 520 qadınla aldatdı - FOTO

17 Dekabr 2025 17:10

Kişi arvadına 520 qadınla xəyanət edib.

Milli.Az xəbər verir ki, Yaponiyada yaşayan Nemu Kusano adlı qadın sakit və etibarlı hesab etdiyi bir kişi ilə evlənib. Onların bu evlilikdən nadir xəstəliyi olan oğlu dünyaya gəlib. Qadın uşağa baxmaq üçün daim evdə qalmalı olub.

Sonradan məlum olub ki, əri ona illər boyunca ümumilikdə 520 qadınla xəyanət edib. Qadın bunu təsadüfən tapdığı əşyalar və telefon yazışmaları ilə öyrənib.

Kişi etdiklərinə görə peşman olmayıb və bunu iş stresi ilə əlaqələndirib.

Qadın əvvəl çox sarsılıb, amma oğluna zərər gəlməməsi üçün sakit qərar verib. Ərindən ayrı yaşamağa başlayıb və yaşadıqlarını komiks şəklində çəkməyə qərar verib.

Bu komiks çox məşhur olub və bir çox qadına güc verib. Qadın deyir ki, bütün çətinliklərə baxmayaraq, övladını böyütdüyünə görə peşman deyil.

İsmayıl
Milli.Az