Dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov ilk dəfə Azərbaycanda "Aida" operasında çıxış edəcək - VİDEO

17 Dekabr 2025 15:20

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya musiqi xəzinəsinin incilərindən sayılan Cüzeppe Verdinin "Aida" operası təqdim edəcək. Möhtəşəm səhnə əsəri 12 mart saat 19:00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.

4 pərdəli operanın budəfəki nümayişi xüsusi əhəmiyyət kəsb edir. 

Belə ki, tamaşada Radames partiyasını dünya şöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək.

Səhnə əsərində Yusif Eyvazovla yanaşı, Azərbaycanın tanınmış opera ifaçıları da yer alacaqlar. Aida rolunu Əməkdar artist Afaq Abbasova,Amonasro ,Xalq artisti Əvəz Abdulla,Amneris Xalq artisti Fidan Hacıyeva,
 Ramfis: Xalq artisti Əkrəm Poladov,Kahin qadın: Xalq artisti Gülnaz İsmayılova,Faraon: İqor Yadrov, Carçı partiyasını Fəhmin Əhmədli ifa edəcək

Tamaşanın musiqi rəhbəri və dirijoru İtaliyadan dəvət olunmuş məşhur dirijor Mikelanjelo Mazzadır (Michelangelo Mazza).

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadənin,xormeyster isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Biletləri iTicket.az saytından və kassalarından əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az