Kefirdəki bakteriya immun sistemin yaşlanmasını ləngidir.
Milli.Az xəbər verir ki, Yaponiyanın Sinsyu Universitetinin alimləri kefirdəki xüsusi bakteriyanın immun sistemi yaşlanmasını ləngidiyini və bəzən geri çevirdiyini aşkar ediblər.
Tədqiqatın nəticələri "Journal of Functional Foods" jurnalında dərc olunub.
Tədqiqatçılar Lentilactobacillus kefiri YRC2606 adlı bakteriyanı istifadə edərək yaşlı siçanları 8 həftə ərzində qidalandırıb. Nəticədə, siçanlarda timus və qaraciyər kimi vacib orqanlarda yaşa bağlı dəyişikliklər daha az müşahidə olunub. Eyni zamanda, hüceyrələrin bölünməsini bloklayan p16 və p21 zülallarının səviyyəsi azalıb, iltihab yaratmaqla məşğul olan IL-6 və TNF-α maddələrinin səviyyəsi də azalıb.
Alimlər bildirir ki, bu bakteriya gələcəkdə funksional qidalar və ya qida əlavələri üçün perspektivli baza ola bilər. Onlar həmçinin qeyd edirlər ki, insanlarda eyni effektin təsdiqi üçün əlavə klinik tədqiqatlar lazımdır.
Ekspertlər vurğulayır ki, kefir yalnız immun sistemin sağlamlığı üçün faydalı deyil, həm də yaşa bağlı xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.
Milli.Az