Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq öldü

17 Dekabr 2025 11:54

Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.

Milli.Az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az