Ürəyi 45 dəqiqə dayanandan sonra həyata qayıdan qadın 6 övladı ilə - FOTO

17 Dekabr 2025 12:12

Xəbər verdiyimiz kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən - qapalı ürək masajı, inotrop dəstək, tənəffüs yollarının intubasiyası və süni ventilyasiya tətbiqindən sonra yenidən həyata qayıtarılıb.

Milli.Az xəbər verir ki, 6 uşaq anası olan Sevinc Əliyevanın övladları ilə fotosu sosial şəbəkədə yayılıb. 

37 yaşlı qadının uşaqları ilə görüntüsü marağına səbəb olub. 

Həmin paylaşımı təqdim edirik:

Hüseyn
Milli.Az