Türkiyədə FETÖ əməliyyatı - 160 nəfər saxlanıldı

17 Dekabr 2025 12:31

Türkiyənin 39 vilayətində hüquq mühafizə və xüsusi xidmət orqanlarının iştirakı ilə FETÖ terror təşkilatına qarşı əməliyyatlar aparılıb.

Milli.Az xəbər verir ki, Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya "X" səhifəsində açıqlayıb ki, iki həftə ərzində 160 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanların təşkilatın şifrəli rabitə proqramı ByLockdan istifadə etdiyi və taksafon vasitəsilə əlaqə saxladıqları müəyyən edilib.

Əməliyyatlar zamanı FETÖ-nün xarici işlər, hərbi, təhsil, maliyyə və cari strukturlarında fəaliyyət göstərən şəxslər hədəfə alınıb. Həmçinin barələrində həbs qətimkan tədbiri və axtarış qərarı olan şəxslər də saxlanılıb.

Əməliyyatlar Adana, Ankara, Antalya, Aydın, Bartın, Batman, Bilecik, Bursa, Çanaqqala, Çorum, Dənizli, Ədirnə, Ərzurum, Eskişehir, Qaziantep, Gümüşhane, Hatay, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Nevşehir, Ordu, Sakarya, Sinop, Şırnak, Təkirdağ və Tokat vilayətlərində həyata keçirilib.

Nazir əməliyyatların davam edəcəyini və təşkilatın ölkədəki fəaliyyətinin qarşısının alınmasının prioritet olduğunu bildirib.

Milli.Az