Ağ Evdən sərt qərar: Həmin ölkələrin vətəndaşlarına qapılar bağlandı

17 Dekabr 2025 10:50

ABŞ Prezidenti Donald Tramp daha yeddi ölkənin vətəndaşları və Fələstin Muxtariyyəti pasportu sahibləri üçün ABŞ-a girişə qadağa tətbiq edib. Yeni qərarla səyahət məhdudiyyəti qoyulan ölkələrin sayı təxminən 40-a çatıb.

Milli.Az xəbər verir ki, tam qadağa Laos, Suriya, Burkina Faso, Mali, Niger, Syerra-Leone və Cənubi Sudan vətəndaşlarına şamil olunur. Ağ Evin açıqlamasında bildirilir ki, qərar ABŞ-ın təhlükəsizliyini qorumaq və ölkə üçün "təhdid yarada biləcək" şəxslərin girişinin qarşısını almaq məqsədi daşıyır.

Bundan əlavə, bir sıra Afrika ölkələri, eləcə də Kanada və Meksika vətəndaşları üçün qismən səyahət məhdudiyyətləri tətbiq edilib. Tramp administrasiyası 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə Dünya Kubokunda iştirak edəcək idmançılara girişə icazə veriləcəyini bildirib, lakin azarkeşlərlə bağlı hər hansı təminat verilməyib.

Qərar immiqrasiya siyasətinin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir və beynəlxalq aləmdə müzakirələrə səbəb olub.

Milli.Az