"WhatsApp"a yeni funksiyalar əlavə olundu

17 Dekabr 2025 10:04

"WhatsApp" mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.

Milli.Az xəbər verir ki, yeniliklərə buraxılmış zənglər üçün səsli və videomesaj göndərilməsi, qrup zənglərində emoji reaksiyaları, "Status" bölməsi üçün interaktiv stikerlər və süni intellekt alətlərinin təkmilləşdirilməsi daxildir.

Mətn sorğuları əsasında daha detallı şəkillər yaratmaq və paylaşılan görüntüləri qısa animasiyaya çevirmək mümkündür. "Status" bölməsinə əlavə edilən emoji və sual stikerlərinə göndərilən cavablar yalnız status müəllifinə görünür və "Aktivlik" bölməsində idarə olunur. Oxşar funksiya kanallarda da tətbiq edilib.

Yeni funksiyalar iOS, Android və masaüstü versiyalarda mərhələli şəkildə istifadəyə verilir.

Milli.Az