22 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO

16 Dekabr 2025 23:19

Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib.

Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşib və qəfil vəfat edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az