Tehranda yaşayış binası çökdü: Dağıntılar altında qalanlar var

16 Dekabr 2025 22:30

İranın paytaxtı Tehranın Yaftabad bölgəsində üçmərtəbəli yaşayış binası çöküb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, indiyədək dağıntılar altından dörd nəfər sağ çıxarılıb.

Axtarış və xilasetmə əməliyyatları davam edir.

Milli.Az