Ramil Qasımov əfsanəvi Polad Bülbüloğlunun “Azərbaycan” mahnısını yeni üslubda ifa edib – VİDEO

16 Dekabr 2025 18:05

Azərbaycanin məşhur tenoru, Əməkdar artist Ramil Qasimov "Azərbaycan" mahnisini yeni üslubda ifa edib. 

Azərbaycanımıza həsr olunmuş mahnılar sırasında bəstəkarı və müğənnisi, Xalq artisti Polad Bülbüloğlunun bəstələdiyi, Məstan Günərin sözlərinə yazılmış "Azərbaycan" əsəri özünəməxsus ruhu, dərin məzmunu və milli nəfəsi ilə illər keçsə də daim sevilən və seçilən sənət nümunələrindən biridir.

Maraqlıdır ki, bu ifanın ilk dinləyicisi görkəmli bəstəkar, Azərbaycan musiqisinin canlı əfsanəsi Polad Bülbüloğlu olub. Onun ifaya verdiyi müsbət rəy, xüsusilə əsərin final hissəsini yüksək qiymətləndirməsi Ramil Qasımov üçün böyük mənəvi dəyər daşıyır.
Qeyd edək ki, mahnı Azərbaycan Televiziyasının Yeni il proqramı üçün lentə alınıb. Artıq bu gündən etibarən "Azərbaycan" əsərini bütün aparıcı musiqi platformalarında Ramil Qasımovun ifasında dinləmək mümkündür.