Tanınmış həkim orqanlarını bağışladı

16 Dekabr 2025 17:56

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib.

R. Şolan bu addımın ölkədə orqan donorluğu mədəniyyətinin formalaşdırılması və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edib. Artıq bununla bağlı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ərizə ilə müraciət edilib.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru Barat Yusubov da ölümündən sonra orqanlarını bağışladığını elan etmişdi.

Milli.Az