Polşada axtarışda olan 40 yaşlı kişi qadın partnyorundan bezdiyi üçün polisə zəng edərək özünün həbs olunmasını xahiş edib.
Milli.Az xəbər verir ki, bu barədə Pekary-Slensk şəhərinin bələdiyyə polisi məlumat yayıb.
Məlumata görə, dekabrın 10-u axşam saatlarında polisə zəng edən kişi axtarışda olduğunu deyib və partnyorunun onu əsəbiləşdirdiyini bildirərək həbsxanaya göndərilməsini istəyib. Polis əməkdaşları onun ünvanını müəyyən edərək hadisə yerinə yollanıblar.
Lakin polis mənzilə çatanda kişi fikrini dəyişib və qapını açdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiv davranıb. Buna baxmayaraq, o saxlanılıb.
Məhkəmənin qərarına əsasən, kişi növbəti 6 ayı həbsxanada keçirəcək.
İsmayıl
Milli.Az