"Sürüm-sürüm sürünsə də, heç vaxt bağışlamayacağam"

16 Dekabr 2025 16:15

Müğənni Vəfa Şərifova küsülü olduğu həmkarı Afət Fərmanqızı barədə qalmaqallı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan ifaçı onunla heç vaxt barışmayacağını bildirib.

Sənətçi çıxışı zamanı sərt ifadələr işlədərək deyib ki, Afət Fərmanqızını nə baş verirsə-versin bağışlamayacaq:

"Sürüm-sürüm sürünsə də, onu heç vaxt bağışlamayacağam. Hər kəs etdiyinin cəzasını alır. Mən də Vəfa deyiləm, o cəzasını almasa".

Müğənni şou-biznesdə bəzi insanların səmimi olmadığını da vurğulayıb:

"Bu aləmdə elə adamlar var ki, heç kimin dostu deyillər, amma yalandan 'dostumuzdur' deyirlər. Elə mövzular var ki, onlardan keçmək olar, amma elə məsələlər də var ki, keçmək mümkün deyil".

Şərifova açıqlamasında insanlıq sərhədlərinin aşılması ilə bağlı da fikirlərini dilə gətirib və bağışlamama səbəbinin məhz bu olduğunu qeyd edib. Onun sözlərinə görə, Afət həddini dəfələrlə aşıb və buna göz yummaq mümkün deyil:

Cəzasını mütləq alacaq. Elə mövzular var ki, onlardan keçmək olar. Bəzən insan qəza nəticəsində övladını itirən şəxsi belə bağışlayır, çünki bu, istəmədən baş verir. Amma illərlə canlı yayımlarda adımı, şəkillərimi paylaşaraq mənə, övladıma və anama toxunmaq olmaz. Bu, dəfələrlə insanlıqdan çıxmaq deməkdir. Əgər bağışlasam, ölümə və balama hörmətsizlik etmiş olaram. O qadın artıq dayanacaq və bir daha heç kimin ünvanına dil uzada bilməyəcək. Bir gün kiməsə sataşacaqdı, mən isə onun qarşısına çıxdım. Gəldi və çox pis yerə ilişdi".

Sənətçi əlavə edib ki, bu məsələdə geri addım atmaq niyyətində deyil və baş verənlərə görə mövqeyi qətidir. Vəfa Şərifovanın bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az