Ürəyə ziyan verən qidalar açıqlanıb.
Milli.Az xəbər verir ki, Amerikalı ürək cərrahı Jeremy London ürək xəstəliklərinin qarşısını almaq üçün hansı qidaları və içkiləri azaltmaq lazım olduğunu açıqlayıb.
Cərrah qeyd edib ki, dörd əsas qida qrupu ürəyə ziyan verir:
Fast food - hamburger, fri kartof və digər hazır yeməklər çox şəkər, duz və yağ ehtiva edir. Bu qidalar ürək üçün təhlükəlidir və iltihab, qan təzyiqinin artması və xolesterinin yüksəlməsinə səbəb olur.
Qazlı içkilər - bir banka qazlı içkidə 40 qram şəkər var. Çox şəkər arteriyalarda piy yığılmasına və xolesterinin artmasına səbəb olur. 0 şəkərli içkilərdəki süni şirinləşdiricilər də ürəyə ziyan verir.
Alkoqol - hətta az miqdarda da alkoqol ürək əzələsini zədələyir, qan təzyiqini artırır və ürək ritminə mənfi təsir göstərir. Alkoqol həmçinin xərçəng riskini artıran maddələrdən sayılır.
London vurğulayıb ki, sağlam ürək üçün bu qidalar və içkilərdən imtina etmək və ya miqdarını azaltmaq lazımdır.
İsmayıl
Milli.Az