Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində! - VİDEO - FOTO

16 Dekabr 2025 12:04

Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral Balet və Opera evinin (Royal Ballet and Opera) səhnəsində çıxış edib.

Milli.Az xəbər verir ki, möhtəşəm bir heyət London səhnəsində Puççininin dünyaşöhrətli "Turandot" operasını təqdim edib.

Həmyerlimiz, Xalq artisti Yusif Eyvazov Kalaf obrazını, məşhur soprano Anna Netrebko isə şahzadə Turandotu canlandırıb. 18, 20 və 23 dekabrda opera tamaşasının London səhnəsində növbəti təqdimatı olacaq.

Yusif Eyvazovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkesti və aktyorları yanvar ayında Omanda Maskat Kral Opera evində "Toska" tamaşası ilə daha bir qastrolda olacaq.

Milli.Az