Beyaz ekranlara qayıdır - “Joker”lə

16 Dekabr 2025 11:12

Uzun illər Türkiyə televiziyasında yayımlanan "Beyaz Show" proqramı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanan məşhur aparıcı Beyazıt Öztürk yenidən televiziya ekranlarında görünəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə o, tamaşaçıların qarşısına fərqli formatda hazırlanmış yeni layihə ilə çıxacaq.

Yeni proqramla bağlı məlumat "Kanal D"nin rəsmi sosial şəbəkə hesabları vasitəsilə açıqlanıb. Bildirilib ki, Beyazıt Öztürkün aparıcılıq edəcəyi veriliş "Joker" adlanacaq.

Məlumata görə, yarışma formatında təqdim olunacaq proqramın ümumi atmosferi və bəzi elementləri "Beyaz Show"u xatırladacaq. Layihənin çəkilişlərinə isə cari ayın sonlarında start verilməsi planlaşdırılır.

Hüseyn
Milli.Az