"Münhen Bavariyası"nın əsas qapıçısı Manuel Noyer zədələnib.
Milli.Az xəbər verir ki, klubdan verilən məlumata görə, təcrübəli qolkiperin sağ bud əzələsində cırılma aşkarlanıb. Hazırda onun nə qədər müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanmayıb.
39 yaşlı qapıçı Almaniya Bundesliqasının XIV turu çərçivəsində "Maynts 05"lə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda zədə alıb. Komandanın kapitanı olmasına baxmayaraq, Noyer görüşü sona qədər davam etdirib.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən etibarən "Bavariya"nın formasını geyinir. O, bu müddət ərzində Münhen təmsilçisinin heyətində 581 oyunda meydana çıxıb. Təcrübəli qolkiper komanda ilə 12 dəfə Almaniya çempionu olub, 5 dəfə ölkə kubokunu, 7 dəfə isə Superkuboku qazanıb. Bundan başqa, Noyer "Bavariya"nın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi adını əldə edib.
Məlumata görə, Manuel Noyer cari 2025/2026 mövsümündə indiyədək 20 matçda iştirak edib.
Hüseyn
Milli.Az