Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə, Toluka hava limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində ən azı yeddi nəfər həyatını itirib.
Milli.Az xəbər verir ki, məlumata görə, təcili eniş etməyə çalışan təyyarə hava limanından təxminən 5 kilometr aralıda yerə çırpılıb. Təyyarənin göyərtəsində səkkiz sərnişin və iki heyət üzvü olub.
Hadisə ilə bağlı açıqlamada indiyədək yeddi nəfərin cəsədinin tapıldığı bildirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın başvermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanılıb. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Milli.Az