Sərvəti 600 milyard dolları KEÇDİ

16 Dekabr 2025 10:10

Amerikalı sahibkar İlon Mask sərvəti 600 milyard dolları ötən ilk şəxs kimi tarixə düşüb.

Milli.Az xəbər verir ki, onun şəxsi kapitalındakı kəskin artım əsasən kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən SpaceX şirkətinin bazar dəyərinin yüksəlməsi ilə əlaqələndirilir.

Məlumata görə, tender təklifinin açıqlanmasından sonra SpaceX-in dəyəri qısa müddətdə ciddi artım göstərib. Belə ki, şirkətin bazar dəyəri avqust ayında təxminən 400 milyard dollar olduğu halda, dekabrda bu rəqəm 800 milyard dollara qədər yüksəlib.

Hesablamalara əsasən, SpaceX-in təxminən 42 faizinə sahib olan İlon Maskın sərvəti bu artım fonunda 168 milyard dollar çoxalaraq 677 milyard dollara çatıb.

Qeyd edək ki, bundan əvvəlki rekord da məhz Maskın adına idi. O, oktyabr ayında sərvəti 500 milyard dolları aşan ilk insan olmuşdu.

Hüseyn
Milli.Az