Rus məşqçi Türkiyə klubunu FIFA-ya şikayət etdi

16 Dekabr 2025 09:45

Rusiyalı məşqçi Sergey Yuran Türkiyənin "Serik Spor" futbol klubu ilə bağlı FIFA-ya rəsmi müraciət edib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, buna səbəb klubun məşqçiyə olan maliyyə öhdəliyini vaxtında yerinə yetirməməsi olub.

Yuranın sözlərinə görə, ödəniş noyabrın 15-dək həyata keçirilməli idi. Lakin müəyyən edilmiş müddət başa çatsa da, vəsait ona köçürülməyib. Bu səbəbdən məsələ hüquqi müstəviyə çıxarılıb və lazımi sənədlər FIFA-ya təqdim olunub. Artıq işə beynəlxalq futbol qurumu baxacaq.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2025-ci ilin iyul-oktyabr ayları arasında "Serik Spor" klubunun baş məşqçisi vəzifəsində çalışıb.

Hüseyn
Milli.Az