100 manat başına bəla oldu

15 Dekabr 2025 23:27

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb.

Milli.Az-ın məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar.

"Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağı düşdü. Əli-qolu da əzildi. Təcili tibbi yardım gəldi və onu xəstəxanaya apardılar. 100 manat da heç ona qalmadı", - deyə şahidlər bildiriblər.

Milli.Az