19 yaşlı qız dəm qazından öldü

15 Dekabr 2025 18:51

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Züleyxa Niyaz qızı Hüseynova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az