Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yerləşən binaya suyun verilişi bərpa edilib.
Milli.Az xəbər verir ki, bu barədə həmin binada yaşayan jurnalist Heydər Mirzə məlumat yayıb.
O bildirib ki, dekabrın 16-da binanın 11-17-ci mərtəbələrinə elektrik verilişi bərpa ediləcək.
H.Mirzə əlavə edib ki, Nazirlər Kabinetinin 3 dekabr tarixli Sərəncamı ilə bina sakinlərinə təzminat ayrılıb. O, yaxın günlərdə sakinlərin kompensasiyalarını bankdan götürə biləcəyini qeyd edib.
Kompensasiya alacaq şəxslərin sayı 96-dır.
Bundan başqa, binaya dəyən ümumi zərərin hesablanmasını əks edən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub, Baş Prokurorluğa və vəkillərə təqdim edilib.
Milli.Az