5 kilo, 300 qr körpə DOĞULDU - VİDEO

15 Dekabr 2025 17:10

Sosial şəbəkələrdə yeni doğulan körpə ilə bağlı yayılan görüntülər geniş marağa səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşımda körpənin 5 kilo 30 qram çəki ilə dünyaya gəldiyi bildirilir. Yenidoğulmuşun iri cüssəsi və xüsusilə qalın saçları izləyənlərin diqqətini çəkib. Görüntülərdə körpənin sağlam vəziyyətdə olduğu və sevincli anlar yaşadığı əks olunub.

Qısa zamanda viral olan videolar sosial media istifadəçiləri tərəfindən maraq və təəccüblə qarşılanıb, paylaşımın şərh bölməsində körpəyə ünvanlanan xoş arzular yer alıb.

Hüseyn
Milli.Az