Qurban Qurbanov və Nəriman Əkbərlə görüşdü - VİDEO

15 Dekabr 2025 15:22

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

Milli.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü paylaşılıb.

Bildirilib ki, görüş ötən gün baş tutan "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra baş tutub.

Qeyd edək ki, Əkbər UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" oyununu sığınacaqda təkbaşına izləyib. Bu da sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Milli.Az