Diplomatik və xidməti pasport sahiblərindən Cibutiyə gedərkən viza tələb olunmayacaq

15 Dekabr 2025 14:15

Azərbaycanla Cibuti arasında diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Sərəncama əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.

Milli.Az