"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

15 Dekabr 2025 19:00

Bəzi vitamin və qida əlavələri dərmanlarla birləşdirilməməlidir.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anna Oderiy bildirib. Onun fikrincə bəzi qida əlavələrinin dərmanlarla eyni vaxtda qəbulu terapiyanın təsirini azalda və ciddi əks təsirlərə səbəb ola bilər.

Oderiyin sözlərinə görə vitamin və digər "təbii" əlavələr dərman kimi ciddi nəzarətdən keçmir, bədəndə toplanaraq gözlənilməz qarşılıqlı təsir yarada bilər. Bu səbəbdən pasiyentlər həkimə qəbul etdikləri bütün əlavələr barədə məlumat verməlidir.

Həkimin qeyd etdiyi təhlükəli birləşmələr bunlardır:

Antidepressant dərmanlarla çobanyastığı, 5-HTP və L-triptofanın qəbulu serotonin səviyyəsini yüksəldərək serotonin sindromuna səbəb ola bilər.

Antikoaqulyant dərmanlarla yüksək dozalı vitamin K və ya ginkgo biloba qanaxma və tromboz riskini artırır.

Maqnezium tərkibli əlavələr qan təzyiqi dərmanları ilə birlikdə qəbul edildikdə təzyiqin kəskin düşməsinə, başgicəllənmə və huşsuzluğa səbəb ola bilər.

Tiroid dərmanları (levotiroksin) ilə dəmir və kalsiumun eyni vaxtda qəbulu hormonun mənimsənilməsinə mane olur, müalicənin təsirini azaldır. Biotin isə laboratoriya analizlərini səhv nəticələndirə bilər.

Dəmir, kalsium, maqnezium və sink antibiotiklərin təsirini zəiflədə bilər, xüsusilə ftorxinolonlar və tetrasiklinlərlə.

Antikonvulsant dərmanlarla çobanyastığı qarışdırmaq epileptik tutmalara yol aça bilər.

Oderiy tövsiyə edir ki, bütün əlavələr barədə həkim məlumatlı olsun, dozalar düzgün riayət edilsin və heç bir kombinasiya özbaşına edilməsin.

"Qida əlavələri dərman deyil və müalicənin əvəzinə keçə bilməz. Hər hansı dərman qəbul edirsinizsə, hər əlavə həkimlə razılaşdırılmalıdır," - deyə həkim vurğulayıb.

İsmayıl
Milli.Az