Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA

15 Dekabr 2025 13:06

Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb. İddia edilir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcək.

Milli.Az xəbər verir ki, ancaq Dövlət İmtahan Mərkəzi (DİM) iddiaları təkzib edib. Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil.

O da qeyd edilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.

Milli.Az