Bakıda İdman Konsert Kompleksində meyit tapıldı

15 Dekabr 2025 11:26

Bakıda meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Tbilisi prospekti 12-də yerləşən İdman Konsert Kompleksinin həyətində qeydə alınıb.

Orada üzərində zorakılıq əlamətləri görünməyən 45-50 yaşlı kişi meyiti tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Milli.Az