Roza ilə Emre Altuğ Malaxovun verilişində - VİDEO

15 Dekabr 2025 11:30

Müğənni Roza Zərgərli və Türkiyənin məşhur sənətçisi Emre Altuğ Rusiyanın tanınmış aparıcısı Andrey Malaxovun "Привет, Андрей" adlı verilişində qonaq olublar.

Milli.Az-ın məlumatına görə, Roza Zərgərli proqramda geniş populyarlıq qazanan "İstədim" mahnısını ifa edib.

İfa zamanı studiya ekranlarında Emre Altuğun rol aldığı məşhur "Yalı Çapkını" serialından kadrlar nümayiş etdirilib.

Milli.Az