09:42
Bakı Metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur. Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur.
Bu barədə Milli.Az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilir ki, Qırmızı və Yaşıl xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub.
"Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər", - qurumdan vurğulanıb.
Qeyd edək ki, səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb. Bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" və "28 May" tunelində dayanıb.
09:04
Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
Milli.Az xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" və "28 May" tunelində dayanıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlamışıq./Qafqazinfo
Milli.Az