“Uşaqlarımın tərbiyəsinə vaxt sərf edə bilmirəm”

15 Dekabr 2025 08:24

"Uşaqlarımın tərbiyəsinə kifayət qədər vaxt sərf edə bilmirəm".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Uşaqlarıma daha çox vaxt ayırmalı, valideyn kimi daha fəal olmalıyam. Bunun məsuliyyətini anlayıram", - deyə o, söyləyib.

Qeyd edək ki, D. Peskovun beş övladı - üç oğlu və iki qızı var. O, 2012-ci ildən Rusiya Prezidentinin mətbuat katibi vəzifəsində çalışır.

Milli.Az