NATO-dan imtina etmək üçün şərti açıqladı

15 Dekabr 2025 00:12

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq ideyasından bir şərtlə imtina etməyə hazır olduğunu bildirib.

Milli.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ukrayna lideri vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsində kompromisə getməyə hazırdır:

"ABŞ ilə ikitərəfli razılaşma, eləcə də Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik".

Milli.Az