VİP-də yer ayrılsa da, azarkeşlərlə birgə izlədi

14 Dekabr 2025 21:45

"Qarabağ" FK-nın prezidenti Tahir Gözəl "Qarabağ" - "Ayaks" oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə sığınacağın instaqram səhifəsində görüntülər paylaşılıb.

"Əkbərin "Qarabağ" sevgisi. "Qarabağ" FK-nin prezidenti Tahir Gözəl Əkbəri o qədər gözəl qarşıladı ki... Sığınacağımın ağıllı balası sonunda ən böyük arzusuna çatdı", - deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, ona VİP ərazidə yer ayrılsa da o, oyunu azarkeşlərlə bərabər izləməyi seçib.

Milli.Az