Əkbərin "Qarabağ"la bağlı daha bir arzusu gerçəkləşəcək

14 Dekabr 2025 16:36

"Qarabağ" - "Ayaks" oyununu Qadın və Uşaq sığınacağında icazə alıb təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarov bu gün baş məşqçi Qurban Qurbanovla görüşəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sığınacaq video paylaşıb.

Videoda deyilir ki, Əkbər bu gün "Qarabağ"ın oyununu izləməyə dəvət olunub.

Azyaşlı futbolçulardan imza almaq üçün özü ilə dəftər də götürüb.

Milli.Az