Qanada yaşayan və özünü Ebo "Nuh" adlandıran bir kişi dünyanı su basacaq iddiası ilə səkkiz nəhəng taxta gəmi inşa etməyə başlayıb.
Milli.Az xəbər verir ki, kişi iddia edir ki, guya 25 dekabrda yağış başlayacaq və üç il ərzində aramsız yağacaq, nəticədə Yer kürəsini su basacaq. Qanalı insanları və heyvanları bu gəmilərlə xilas etmək niyyətində olduğunu qeyd edir. O, bu ilahi vəhyi guya Allahdan aldığını bildirir.
Lakin müşahidəçilərin fikrincə, onun tikdiyi gəmilər, belə miqyaslı daşqına tab gətirəcək qədər böyük və möhkəm deyil. Mütəxəssislər isə bildirirlər ki, İncilə görə Allah bir daha Yer kürəsini suda "boğmayacağı"na söz verib. Meteoroloji proqnozlarda da katolik Milad bayramı ərəfəsində belə güclü yağış gözlənilmir.
Bütün bunlara baxmayaraq, qanalı "Nuh"un artıq bir neçə tərəfdarı var və onlar bu gəminin tikintisinə aktiv dəstək verirlər. /Axşam.az
Milli.Az