Münhenin "Bavariya" klubunun mərkəz müdafiəçisi Dayo Upamekano Madrid "Real"ına keçməyə yaxındır.
Milli.Az-ın məlumatına görə, bu barədə "Foot Mercato"nun jurnalisti Santi Auna "X" sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, Madrid klubu fransalı müdafiəçi ilə şəxsi müqavilə şərtləri üzrə şifahi razılıq əldə edib və futbolçuya onun bütün tələblərini qəbul etməyə hazır olduğunu bildirib.
Qeyd olunub ki, 27 yaşlı futbolçu gələn ilin yayında "Bavariya" ilə müqaviləsinin müddəti başa çatdıqda azad agent ola bilər. Bununla yanaşı, Münhen klubu oyunçunu müqavilə müddətini uzatmağa razı salmaq üçün cəhdlərini davam etdirir.
Cari mövsümdə Upamekano bütün turnirlərdə 20 oyunda iştirak edib və bir qol vurub.
"Transfermarkt" portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 60 milyon avrodur. /"Report"
Milli.Az