Prodüserlə sevgilidir? - açıqlama verdi

14 Dekabr 2025 12:33

Türk aktrisa Hande Erçel haqqında çıxan sevgi xəbərləri ilə bağlı danışıb.

Milli.Az xəbər verir ki, türk mediasında aktrisanın OGM Pictures şirkətinin qurucusu və sahibi Onur Güvenatamla münasibət yaşadığına dair xəbərlər yayılıb.

Cütlüyün hava limanında qarşılaşması, daha sonra eyni təyyarədə söhbət etdiyi və Londonda birgə yemək yediyi iddia olunub.

Erçeli hava limanında yaxalayan jurnalistlər ona yeni münasibəti barədə suallar veriblər. Erçel isə hələ bu barədə danışmağın çox tez olduğunu və tanış olma mərhələsində olduqlarını bildirib.

Milli.Az