"Rusiyanın dəniz potensialı NATO üçün yeni təhlükə yaradır"

14 Dekabr 2025 12:03

NATO Şimali Atlantika Alyansı Rusiyanın dəniz qüvvələrinin sürətlə inkişafını nəzərə alaraq strategiyasını yenidən gözdən keçirməli və gələcəkdə bu inkişafla bağlı yaranacaq çağırışlara qlobal səviyyədə hazır olmalıdır.

Milli.Az xəbər verir ki, bu fikir NATO Hərbi Kollecinin tədqiqatçısı Endryu Monahanın son hesabatında yer alır.

Monahan hesab edir ki, Moskvanın dəniz sahəsində gücünü artırması onun siyasətində əsas istiqamətlərdən biridir və bu, alyansı yalnız Atlantikada və Avropada quru əməliyyatları ilə məhdudlaşan yanaşmadan kənara çıxmağa məcbur edir. Hesabatda qeyd edilir ki, Rusiyanın bu dəniz potensialı nəinki ənənəvi məkanlarda, həm də dünya miqyasında NATO üçün yeni təhlükə elementləri yaradır. (APA)

Milli.Az