Gəncədə qəza olub, xəsarət alanlar var

13 Dekabr 2025 17:50

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./APA

Milli.Az