"Ayda bir dəfə yorulmadan Qazaxa gedib öz əllərimlə anama bazarlıq edirəm"

15 Dekabr 2025 09:30

Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni anası ilə bağlı maraqlı etirafı ilə müzakirələrə səbəb olub.

"Mən hər ay bir dəfə yorulub-usanmadan maşına oturub tək özüm Qazaxa gedirəm. Öz əllərimlə anam bazarlıq edirəm. Bir-iki gün orada qalıb, öz əllərimlə yedizdirirəm. Mən o zaman rahatlıq tapıram. Ananın yaşı olmur, ancaq onun 87 yaşı var".

Musa
Milli.Az