Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı

13 Dekabr 2025 16:20

Qubada polis atasının 7 min 300 dollar pulunu oğurlayan şəxsi saxlayıb.

Milli.Az xəbər verir ki, aparılan araşdırma zamanı vəsaiti götürən şəxsin ailənin yeniyetmə üzvü olduğu müəyyən edilib.

O, ifadəsində pulları oğurladığını və xərclədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az