Moskvada tələbə idman zalında paylaşdığı video səbəbindən həbs olunub.
Milli.Az xəbər verir ki, Moskva kollecinin tələbəsi sosial şəbəkələrdə idman zalında çəkdiyi videolar üzərində qadağan olunmuş simvol nümayiş etdirdiyi üçün məhkəmə qarşısına çıxarılıb.
Tələbə sentyabr və oktyabr aylarında videoları paylaşarkən üzünü Rusiyada qadağan edilmiş simvol ilə örtüb.
O, özünü sosial şəbəkədə qadağan olunmuş hərəkatın tərəfdarı kimi təqdim edib.
Ekstremist simvol nümayiş etdirdiyinə görə ona qarşı üç protokol tərtib edilib.
Tələbəyə 10 sutka həbs cəzası verilib.
İsmayıl
Milli.Az