Bakıda səhvən sirkə turşusu içən kişi öldü

13 Dekabr 2025 17:04

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb.

Milli.Az xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

47 yaşlı Asif Nadir oğlu Əliyev dekabrın 9-da yaşadığı evdə səhvən sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən Asif Əliyev görülən tədbirlərə baxmayaraq, dekabrın 12-də orada ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, Göyçayda da qadının sirkə turşusundan zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Milli.Az